Buzlu yolda ağır qəza: qadın sürücü və 9 yaşlı qızı öldü – ANBAAN VİDEO

Avtosfer TV 3 Dekabr 2019 19:45 Oxunub 1287
Buzlu yolda ağır qəza: qadın sürücü və 9 yaşlı qızı öldü – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil iki TIR-la toqquşdu, sonrada yol kənarına düşdü

Tatarıstanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident dekabrın 2-də M7 avtomagistralının Mendeleevski rayonu ərazisindən keçən hissəsində baş verib.

Kadrlarda, “Hyundai Accent” markalı avtomobilin ötmə əməliyyatını yerinə yetirdiyi, yolun buzlu olması səbəbindən sürüşərək qarşı yol çıxaraq TIR-la toqquşduğu görülür.

Zərbənin təsirindən deformasiyaya uğrayan “Hyundai”, sürüklənərək digər hərəkətdə olan TIR-a çırpılır və sonra da yol kənarına düşür.

Yerli medianın məlumatına görə, qəza nəticəsində “Hyundai Accent” markalı avtomobilin qadın sürücüsü ilə birlikdə olan 9 yaşlı qızı hadisə yerində dünyasını dəyişiblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh