Avtosfer.az | Reklam
Betonqarışdıran sərnişin avtobusuna çırpıldı: 3-ü ağır, 14 yaralı - FOTO
Avtosfer Foto 3 Dekabr 2019 14:24 250 dəfə oxunub
Betonqarışdıran sərnişin avtobusuna çırpıldı: 3-ü ağır, 14 yaralı - FOTO
Qəza ilə bağlı araşdırmalara başlanılıb

Türkiyənin Kayseri vilayətində betonqarışdıran maşının və sərnişinin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 11.00 radələrində Qocasinan rayonunun Bəyazşir məhəlləsində qeydə alınıb.

Məlumata görə, Məhərrəm Aydəmirin idarə etdiyi  27 AJE 35 qeydiyyat nömrə nişanlı betonqarışdıran maşını, svetofor olmayan qovşaqda Əli Can Atanın idarə etdiyi 38 AB 206 qeydiyyat nömrə nişanlı sərnişin avtobusuna yan hissədən çırpılıb.

Zərbənin təsirindən avtobus səkiyə çıxıb.

Nəticədə 14 nəfər xəsarət alıb. Yaralılar, xilasedici və polis əməkdaşları tərəfindən çıxarılaraq, ambulanslarla ətrafdakı xəstəxanalara çatdırılıblar.

Müalicələrinə başlanılan yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.   

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh