Xəstə dalınca gedən sürücünün təhlükəli hərəkəti- 99 KE 294 - VİDEO

Avtosfer TV 3 Dekabr 2019 14:35 Oxunub 1434
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qırmızı işıqda keçib təhlükə yaratdı

Bakıda svetoforun qırmızı işığında hərəkət edən sürücü digər sürücüyə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, görüntüləri qeydə alan sürücü noyabrın 2-i paytaxtın Həsənoğlu küçəsində hərəkət edərkən, Fətəli Xan Xoyski küçəsiylə kəsişmədə çağırışa gedən Təcili Tibbi Yardıma yol verib. Təcili yardımın hərəkətindən sui-istifadə edən 99-KE-294 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçərək həmin sürücüyə təhlükə yaradıb.

Paytaxt yollarında oxşar mənzərələrə tez-tez rast gəlirik. Bəzən, xəstəsi aparılan şəxs öz şəxsi avtomobili ilə qaydaları pozaraq yüksək sürətlə təcili yardım avtomobilinin arxasıyca hərəkət edir.  Bu yolverilməz və təhlükəli haldır. Təcili yardımın arxasıyca gedib eyni vaxtda xəstəxanaya çatmaq onsuzda heç bir şeyi dəyişmir. Xəstənin yaxınları xəstəxanaya tez və ya gec çatmasına baxmayaraq təcili yardım avtomobilindəki və tibb mərkəzində xəstəni qəbul edən həkimlər ona ilkin yardımı göstərir. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh