Bakıda binanın zirzəmisində top mərmisi tapılıb - FOTO

Gündəm 3 Dekabr 2019 16:30 Oxunub 942
Bakıda binanın zirzəmisində top mərmisi tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Top mərmisi zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb

Bakıda binanın zirzəmisində top mərmisi tapılıb.  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Avtosfer.az-a verilən məlumata görə, dekabrın 3-ü saat 14:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ev 323 "E" üavanında binanın zirzəmisində təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhər Baş Polis İdarəsinin Yasamal Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh