Polisə güllə atıb qaçanlar 5 min insanın arasına girdi: 9 ölü, 7 yaralı – hadisənin VİDEOsu

Avtosfer TV 3 Dekabr 2019 18:40 Oxunub 1267
Polisə güllə atıb qaçanlar 5 min insanın arasına girdi: 9 ölü, 7 yaralı – hadisənin VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis Komissarı yaralıların bəziləri, polisin gözyaşardıcı və plastik mərmilərindən istifadəsi zamanı xəsarət aldıqlarını söyləyib

Braziliyanın Sao Paulo şəhərində polisdən qaçan silahlı şəxslərin şənlik keçirən insanların arasına girməsi nəticəsində izdiham yaşanıb. Avtosfer.az xəbər verir ki, insident Paraisopolis məhəlləsində qeydə alınıb. Məlumata görə, iki motosikletli şəxs polis əməkdaşlarına atəş açdıqdan sonra qaçıblar. Cinayətkarlar gizlənmək üçün, bu əsnada keçirilən 5 mindən çox insanın yer aldığı küçə şənliyinin arasına girib. Ardınca polislərində əraziyə gəlməsi ilə şənlik iştirakçıları arasında izdiham yaşanıb. Nəticədə 9 nəfər əzilərək dünyasını dəyişib, daha 7 nəfər isə xəsarət alıb.

Polis Komissarı Emiliano de Silva Netonun verdiyi açıqlamada, heç kimin güllə yarasından ölmədiyini ifadə edib və yaralıların bəziləri, polisin gözyaşardıcı və plastik mərmilərindən istifadəsi zamanı xəsarət aldıqlarını söyləyib.

Sao Paulo əyalət başçısı Joao Doria, polis əməliyyatı ilə əlaqədar araşdırmalara başladıldığını  deyib.

Paraisopolis, 100 mindən çox insanın yaşadığı Sao Paulonun ən böyük ikinci məhəllələrindən bir olduğu bilinir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh