Bakı Şəhər Halqası yeni strategiyaya keçdi - FOTO

Yeniliklər 3 Dekabr 2019 17:15 Oxunub 1176
Bakı Şəhər Halqası yeni strategiyaya keçdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekoloji məsələlərə həssaslıqla yanaşılacaq

Baku City Circuit (Bakı Şəhər Halqası) şirkəti yaşıl strategiyaya keçir.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, yeni strategiyaya əsasən, ekoloji məsələlərə həssaslıqla yanaşılacaq.

Bu ildən etibarən “Formula-1” yarışı zamanı plastik əşyalardan istifadə azaldılacaq.

Şirkətin özünün ofisindəki tullantılar Bakı Autizm Mərkəzinə veriləcək. Autizm Mərkəzində həmin tullantılar çeşidlənəcək və müvafiq orqanlara müəyyən pul müqabilində satılacaq. Oradan əldə olunan vəsait autizmli gənclərin müalicəsinə xərclənəcək.

Səbuhi Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh