Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Gündəm 7 May 2015 13:07 Oxunub 1192
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd yol cizgilərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsidir 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından “Suraxanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh