Bakı- Keşlə mənzilində texniki nasazlıq yaranıb

Gündəm 5 Dekabr 2019 10:43 Oxunub 725
Bakı- Keşlə mənzilində texniki nasazlıq yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qatarlar cədvəl üzrə hərəkət edir

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh