Velosipedçilər İsmayıllı yolunda

Gündəm 7 May 2015 14:08 Oxunub 1238
Velosipedçilər İsmayıllı yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Tour d’Azerbaïdjan-2015"in ikinci mərhələsinə start verilib

"Tour d’Azerbaïdjan-2015" veloyürüşün ikinci mərhələsinə bu gün səhər saatlarında Veloparkdan start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Velosiped İdmanı Federasiyasından məlumat verilib. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. 

Bildirilir ki, mayın 6-da keçirilmiş ilk mərhələdə Azərbaycanın "Synergy Baku" komandasının üzvü Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib.

Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və mərhələ qalibi olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə 2-3-cü yerləri tutublar. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənib.

"Tour d’Azerbaïdjan-2015" veloyürüşü mayın 10-a qədər davam edəcək. Beşgünlük yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.

Xatırladaq ki, bu yarış Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh