Baykerlərimiz səfərə hazırlaşır

Gündəm 7 May 2015 15:28 Oxunub 1165
Baykerlərimiz səfərə hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
HOG Baku üzvləri Heydər Əliyevin doğulduğu Naxçıvana yürüş etməyi planlaşdırırlar

Baykerlərimiz növbəti səfərə hazırlaşır. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, BAKU HOG AZERBAIJAN qrupunun üzvləri bu dəfə Naxçıvana gedəcəklər. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan HOG ailəsinin üzvləri İran İslam Respublikasının ərazisindən keçərək ulu öndərin doğulduğu Naxçıvan şəhərinə yürüş etməyi planlaşdırırlar. 

“Heydər Əliyev yolu ilə” şüarı altında motoyürüş may ayının 9-11-də baş tutacaq.

Yürüş "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçiriləcək. 

Xatırladaq ki, ötən il HOG üzvləri Milli Qurtuluş bayramına öz töhfəsini vermək üçün 10 min kilometrlik yürüş ediblər. Onlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiyadan keçərək Xorvatiyaya getmişdilər. Yürüş "Azərbaycanı Avropada tanıdaq!" devizi altında baş tutmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh