Yol polisi Bakıda piyadavurma ilə bağlı məlumat yayıb - Biri ölüb, digəri yaralıdır

Yol polisi 5 Dekabr 2019 16:10 Oxunub 1212
Yol polisi Bakıda piyadavurma ilə bağlı məlumat yayıb - Biri ölüb, digəri yaralıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Avtosfer.az-a verilən xəbərə görə, dekabrın 5-də, saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə, 2001-ci il təvəllüdlü Əliyar Süleymanov dünyasını dəyişmiş, digər piyada  - 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  
Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub. 
Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh