İt maşından siqaret tapdı - "Qırmızı körpü"də

Gündəm 5 Dekabr 2019 16:30 Oxunub 820
İt maşından siqaret tapdı - "Qırmızı körpü"də
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 3000 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh