Bakıda 3 maşının toqquşduğu, 6 nəfərin xəsarət aldığı dəhşətli qəzanın VİDEOSU

Qəzalar 5 Dekabr 2019 18:45 Oxunub 1747
Bakıda 3 maşının toqquşduğu, 6 nəfərin xəsarət aldığı dəhşətli qəzanın VİDEOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb

Dekabr ayının 2-də Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Avtoqəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları sürücüləri alternativ yollara istiqamətləndirib.

Avtoqəzada xəsarət alanlar 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Həsən, avtomobildə olan sərnişin Aleksandr Naqutin, 99-FE-712 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Tural Rəhmanov, həmçinin sərnişinlər - hamilə olan Marina, Teymur Quliyev və Elvin Niftəliyevdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh