Bakıda qadını avtomobil vurub, vəziyyəti ağırdı

Qəzalar 6 Dekabr 2019 00:45 Oxunub 864
Bakıda qadını avtomobil vurub, vəziyyəti ağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Xəzər rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qala qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Hüseynova Natəvan Namiq qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh