Qırmızı işıqda dayanmayan “NAZ Lifan” ağır qəzaya səbəb oldu - VİDEO - FOTO

Qəzalar 6 Dekabr 2019 10:00 Oxunub 1751
Qırmızı işıqda dayanmayan “NAZ Lifan” ağır qəzaya səbəb oldu - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

Avtosfer.az Oxu.Az istinadən xəbər verir ki, hadisə ASAN Xidmət mərkəzinin yaxınlığında baş verib.  

Abdullayev Elçin Yusif oğlu idarə etdiyi “NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman onun avtomobili Qasımov Ramin Mahir oğlunun idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Opel” yol kənarındakı marketə çırpılıb.  

Qəza nəticəsində “NAZ Lifan”da olan sərnişin, 17 yaşlı Ağayev İlkin Rafael oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh