"Land Cruiser" bardürdə ilişib qaldı - BAKIDA - VİDEO
Avtosfer TV
6 Dekabr 2019 12:20
Oxunub 5166
Avtomobilin sürücüsü çətin duruma düşüb
Heydər Əliyev prospektində (Şəfa stadionunun yanı) qaydaları pozan sürücü çətin duruma düşüb. Avtosfer.az xəbər verir ki, 90 AG 835 dövlət nömrə nişanlı, "Land Crusier" markalı avtomobilin sürücüsü köməkçi yolda tıxac olduğu üçün əsas yola keçmək istəyir. Bu zaman o avtomobilinə güvənərən bardürün üstündən keçməyi qərara alır. Amma işlər tərs getdiyi üçün avtomobil bardürdə ilişib qalır. Tələsən sürücü bu dəfə sözün əsl mənasında təndirə düşür.
Qeyd edək ki, bəzi hallarda sürücülər bu cür addımlar atırlar. Amma nəzərə almaq lazımdır ki, tələsdiyiniz yerə gecikə bilərsiniz. Videonu təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR