Saatlıda polislər nəcib aksiyada iştirak ediblər - FOTO

Gündəm 6 Dekabr 2019 12:40 Oxunub 748
Saatlıda polislər nəcib aksiyada iştirak ediblər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
251 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start verilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, bu nəcib aksiyaya Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 251 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh