Taksi sürücüsü bıçaqla hədələnib - Bakıda

Gündəm 6 Dekabr 2019 13:10 Oxunub 718
Taksi sürücüsü bıçaqla hədələnib - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda taksi sürücüsü bıçaqla hədələnib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 34-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh