Lüis Hemiltonun "İnstagram"da reklam postu üçün qazancı bəlli olub

Yarışma 6 Dekabr 2019 13:25 Oxunub 1271
Lüis Hemiltonun "İnstagram"da reklam postu üçün qazancı bəlli olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
6 qat dünya çempionunun "İnstagram"da 13,2 milyon, "Twitter"də 5.6 milyon, "Facebook"da isə 4,6 milyon izləyicisi var

"Mercedes" pilotu Lüis Hemiltonun "İnstagram"dakı bir reklam postundan qazancı bəlli olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Formula 1" üzrə 6 qat dünya çempionunun "İnstagram"da 13,2 milyon, "Twitter"də 5.6 milyon, "Facebook"da isə 4,6 milyon izləyicisi var. Bu da digər pilotlardan daha çoxdur. Britaniyalı sürücünün "İnstagram"da bir reklam postunun məbləği təqribən 40 min funt sterlinqdir.

Qeyd edək ki, daha öncə “McLaren”in heyətində yer almış Lüis Hemilton 2013-cü ildən “Mercedes”də çıxış edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh