Şirvan şəhər polis söbəsində seminar keçirilib - FOTO

Gündəm 6 Dekabr 2019 13:35 Oxunub 8093
Şirvan şəhər polis söbəsində seminar keçirilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının hüquq və vəzifələri barədə məlumatlar verilib

DİN Mətbuat Xidməltinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvanda Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi tərəfindən seminar keçirilib.
Şirvan Şəhər Polis Şöbəsində keçirilən seminarda MSK, Dairə Seçki Komissiyasıyaların sədrləri, şəhər və rayon polis şöbələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri Tofiq Həsənov və Cavid Zeynalov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovniki Hamlet Hümbətəliyev və Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev çıxış ediblər.
Seminarda seçki qanunvericiliyi, seçki komisiyasıyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının fəaliyyəti barədə çıxışlar edilib.
Həmçinin seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə məlumatlar verilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh