Polis və silahlılar arasında atışma: 11-i polis, 3 yaraqlı öldü

Gündəm 6 Dekabr 2019 13:50 Oxunub 766
Polis və silahlılar arasında atışma: 11-i polis, 3 yaraqlı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə bu gün gecə saatlarında Qunduz əyalətində qeydə alınıb

Əfqanıstanda polis və “Taliban” radikal hərəkatının yaraqlıları arasında baş verən toqquşmada azı 10 polis əməkdaşı ölüb. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında ölkənin şimalında yerləşən Qunduz əyalətində qeydə alınıb. Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, Sahib rayonunda hərəkatın bir qrup silahlısı iki polis nəzarət məntəqəsinə hücum edib. Nəticədə azı 10 əfqan asayiş keşikçisi, həmçinin polis rəisi Məhəmməd Zahir həlak olub.

Bildirilir ki, döyüş zamanı yaraqlılardan isə 3 nəfər öldürülüb.

Əyalət məclisinin üzvü Xaluddin Hakimi qeyd edib ki, ölənlər "10-dan çox ola bilər".

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh