Hacıqabulda polislər ağac əkdilər - FOTO

Gündəm 6 Dekabr 2019 15:10 Oxunub 1242
Hacıqabulda polislər ağac əkdilər   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, böyük şairin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu təşəbbüsə Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Polis əməkdaşları Hacıqabul-Muğan yolunun ətrafında iqlim şəraitinə daha uyğun və dözümlü şam ağacları əkiblər. Aksiya çərçivəsində ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh