Ağsuda polislər tut ağacı əkdilər - FOTO

Gündəm 6 Dekabr 2019 19:00 Oxunub 700
Ağsuda polislər tut ağacı əkdilər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağaclara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağsu şəhərində ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin bütün şəxsi heyəti iştirak edib. Polis əməkdaşları relyefə uyğun və baramaçılığın inkişafına töhfə vermək məqsədilə tut ağacı əkiblər. Aksiya çərçivəsində ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 200 ədəd tut ağacı əkilib, onların suvarılması həyata keçirilib. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh