“Tesla” avtomobillərinin Şanxayda istehsalını dövlət dəstəkləyəcək

Gündəm 6 Dekabr 2019 19:15 Oxunub 676
“Tesla” avtomobillərinin Şanxayda istehsalını dövlət dəstəkləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn ilin yanvarın 25-dən etibarən həftədə 1000 ədəd avtomobil istehsal etmək nəzərdə tutulur

Çin hökuməti Şanxayda ABŞ markası olan “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayırmaq qərarına gəlib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Sənaye və İnformasiyalaşma Nazirliyi adıçəkilən markanı hökumət dotasiyaları ilə istehsal edilə biləcək yeni enerji mənbələrə əsaslanan avtomobillərin siyahısına daxil edib. Subsidiyanın veriləcəyi “Tesla” müəssisəsində gələn ilin yanvarın 25-dən etibarən həftədə 1000 ədəd avtomobil istehsal etmək nəzərdə tutulur.

Xatırladaq ki, yeni enerji mənbələrinə əsaslanan avtomobillər hibrid mühərriklə, elektrik akkumulyatoru ilə, yaxud hidrogenli yanacaqla işləyən avtomobillərdir. Çin hökuməti 2025-ci ilədək bu cür avtomobillərin satışlarını 25 faizə çatdırmağı hədəfləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh