Xaçmaz polisi aksiyada fəal iştirak etdi

Gündəm 6 Dekabr 2019 20:45 Oxunub 1818
Xaçmaz polisi aksiyada fəal iştirak etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür tədbirlər ölkəmizin digər bölgələrində də davam etdirilir

Xaçmaz rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə kompaniyası keçirilib. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində hər zaman aktiv mövqe sərgiləyən Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları, bu gün keçirilən nəcib tədbir zamanı da fəal iştirak ediblər. Tədbirdə şöbə rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və RPŞ-nin kollektivi ağac əkiblər.
Tədbirdə zamanı polis şöbəsinin əməkdaşları yol kənarlarında 150-dən çox Eldar şamları və zeytun ağacları əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağacların normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Bu cür tədbirlər ölkəmizin digər bölgələrində də davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh