Cəlilabadda polis əməkdaşları bir gündə 250-dən artıq ağac əkdi

Gündəm 6 Dekabr 2019 21:00 Oxunub 1086
Cəlilabadda polis əməkdaşları bir gündə 250-dən artıq ağac əkdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mübariz Quliyev və şöbənin bütün şəxsi heyəti fəal şəkildə qoşulub

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, böyük şair İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Respublika ərazisində keçirilən ağacəkmə aksiyasına Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev və şöbənin bütün şəxsi heyəti fəal şəkildə qoşulub.
Polis əməkdaşları rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan 250-dən artıq dekorativ və meyvə ağacları əkiblər. Aksiya çərçivəsində əkilən ağaclar suvarılıb və küləkdən qorunması üçün dirəklər basdırılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildiriblər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh