Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı

Qəzalar 6 Dekabr 2019 22:00 Oxunub 1168
Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda orta yaşlı kişi naməlum avtomobillə vurulub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Mehdiyev Həbib Əsgər oğlu Nizami rayonu, B.Nuriyev küçəsi 15 ünvanının qarşısında olarkən həmin ərazidə hərəkətdə olan naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh