Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib

Gündəm 7 Dekabr 2019 07:45 Oxunub 684
Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecikmələrin səbəbi açıqlanmayıb

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Domodedovo hava limanında dörd reys gecikir və 10 reys ləğv edilib. Vnukova hava limanında yeddi reys gecikir və iki reys ləğv edilib. Şerementyevoda isə ümumilikdə 3 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh