Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq

Gündəm 7 Dekabr 2019 10:00 Oxunub 877
Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh