Kürdəmirdə polislər ağacəkmə aksiyasında fəal iştirak ediblər

Gündəm 7 Dekabr 2019 11:00 Oxunub 1092
Kürdəmirdə polislər ağacəkmə aksiyasında fəal iştirak ediblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, Kürdəmir rayonunda da ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Sultan Zeynalov və şöbənin bütün şəxsi heyəti iştirak edib.
​Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində polis əməkdaşları tərəfindən 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib. Bundan əlavə, kənd ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh