Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına düşdü - FOTO

Qəzalar 7 Dekabr 2019 12:45 Oxunub 1279
Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına düşdü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı VAZ-21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh