Ağacəkmə aksiyasına Gəncə polisi də qoşulub

Gündəm 7 Dekabr 2019 16:15 Oxunub 683
Ağacəkmə aksiyasına Gəncə polisi də qoşulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə də ağacəkmə aksiyası keçirilib. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən aksiya zamanı Gəncədə 10 mindən artıq ağac əkilib.
Ağacəkmə aksiyasında Gəncə Şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının əməkdaşları da fəal iştirak ediblər. Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib. Yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh