Metroda azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT

Gündəm 7 Dekabr 2019 17:45 Oxunub 955
Metroda azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir.

Məlumatda həmçinin qeyd edilir ki, Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb.

Xatırladaq ki, sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh