Qarşı yol çıxan avtobus zibil maşını ilə toqquşdu: biri ağır, 18 yaralı

Qəzalar 7 Dekabr 2019 18:00 Oxunub 915
Qarşı yol çıxan avtobus zibil maşını ilə toqquşdu: biri ağır, 18 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb

İtaliyada zibil maşınının və avtobusun iştirakı ilə baş verən yol qəzasında 18 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Milan şəhərində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu əks zolağa çıxıb və 50 metr irəlilədikdən sonra zibil maşını ilə toqquşub. Nəticədə qəza anında piyada keçidindən keçən qadın ağır xəsarətlər alaraq komaya düşüb. Avtobusda olan sərnişinlərdən 6-sına hadisə yerində ilkin tibbi yardım göstərilib, 11 nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh