Əks zolağa çıxan “Lexus” ağır yol qəzası törətdi: 3 nəfər ölüb - FOTO

Avtosfer Foto 7 Dekabr 2019 18:30 Oxunub 1697
Əks zolağa çıxan “Lexus” ağır yol qəzası törətdi: 3 nəfər ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları müəyyənləşdirilir

Rusiyanın Vladimirski əyalətində 4 avtomobilin iştirakı ilə baş verən ağır yol qəzasında 3 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saat 7 radələrində “Seninski dvoriki” – Kovor – Şuya avtomagistralında qeydə alınıb.

Məlumata görə, “Lexus” markalı minik maşını əks zolağa çıxaraq “Nissan” və “VAZ” markalı minik avtomobilləri ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “VAZ” eyni zolaqda hərəkətdə olan “UAZ” markalı maşına çırpılıb. 

Nəticədə “Lexus”, “Nissan” və “VAZ” markalı nəqliyyat vasitələrinin sürücüləri hadisə yerində həlak olublar. “UAZ”ın sürücüsü isə qəzadan yara alamdan qurtulub.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh