Şəki DYP sürücüləri maarifləndirdi - FOTO

Yol polisi 7 Dekabr 2019 20:30 Oxunub 2341
Şəki DYP sürücüləri maarifləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma-durma qaydalarına əməl edin!

Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev  tərəfindən  07 dekabr 2019-cu il tarixdə Şəki şəhəri ərazisində dayanma-durma qaydalarını pozan sürücülər maarifləndirilib. Avtosfer.az xəbər verir ki, YPX əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri də görülüb. Tural Niftalıyev sürücülərə izah edib ki,dayanma-durma qaydası təkcə dayanmaq və durmaq qadağandır yol nişanının tələbinin pozulması deyil.

Avtomobili yolayrıclarında  saxlamaq,yolun hərəkət hissəsində(ikinci cərgədə)saxlamaq və  sairə dayanma-durma qaydasının daha kobud şəkildə pozulmasıdır.

DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev bildirib ki,hər bir sürücü avtomobili saxlayarkən elə bir yerdə saxlamalıdır ki,digər hərəkət iştirakçılarının normal hərəkət etmələrinə maneçilik törətməsin.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh