Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var

Qəzalar 8 Dekabr 2019 00:15 Oxunub 1741
Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili ilə digər nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakini Bünyadov Xəyal Nizami oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona, döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub. Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh