Avtosfer.az | Reklam
Hövsan yolunda daha bir piyada ölümü - VİDEO
Qəzalar 8 Dekabr 2019 00:30 1154 dəfə oxunub
Hövsan yolunda daha bir piyada ölümü - VİDEO
Hadisə yerinə yol polisi əməkdaşları gəlib

Bakıda Zığ-Hövsan yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Qafqazinfo”-a istinadən xəbər verir ki,  təxminən 60-70 yaşlarında olan kişi taksi xidməti göstərən avtomobil tərəfindən vurulub.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib.

Qeyd edək ki, Zığ-Hövsan yolunda piyada keçidlərinin tikintisinin və yol salınmasının yarımçıq saxlanılması, işıqlandırmanın olmaması tez-tez analoji hadisələrin baş verməsinə səbəb olur. Artıq 2 ildir ki, tikinti işləri yarımçıq saxlanıb və sakinlər keçiddən istifadə edə bilmirlər.  

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh