Avtosfer.az | Reklam
Yol qəzasında avtomobil yandı; 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Qəzalar 8 Dekabr 2019 09:45 243 dəfə oxunub
Yol qəzasında avtomobil yandı; 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Xəsarət alanlar arasında yeniyetmə qız və üçyaşlı uşağın olduğu bildirilir

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut bölgəsindəki Lyantor-Nijnesortimski magistral yolunun 31-ci kilometrliyində ağır yol qəzası baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şənbə günü yerli vaxtla saat 21.00-da qeydə alınan qəzada üç nəfər ölüb, altı nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin yaydığı məlumatda bildirilir ki, Lyantor şəhərindən gələn “Lexus LX 570” markalı avtomobil qarşı tərəfdən - Nijnesortimski qəsəbəsi istiqamətindən hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobillə toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində "Hyundai” markalı avtomobil tamamilə yanıb, avtomobildə olan sürücü və iki sərnişin ölüb.

“Lexus LX 570” minik avtomobilində olan sürücü və beş sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Lyantor şəhər xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar arasında yeniyetmə qız və üçyaşlı uşağın olduğu bildirilir. 

Regional hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirilir, faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh