Göygöldə gənc toyda bıçaqlanıb

Gündəm 8 Dekabr 2019 10:00 Oxunub 832
Göygöldə gənc toyda bıçaqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı “Sultan Plaza” şadlıq sarayında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. 

26 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb. 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh