Avtosfer.az | Reklam
PSA Group və FCA alyansının birləşməsinin detalları məlum olub - FOTO
Gündəm 8 Dekabr 2019 11:30 214 dəfə oxunub
PSA Group və FCA alyansının birləşməsinin detalları məlum olub - FOTO
Yeni konsernin ümumi gəliri 170 milyard, satışları isə ildə 9 milyon avtomobil təşkil etməlidir

PSA qrupu ilə FCA aylansı arasında birləşmə haqqında danışıqların aparıldığını yazmışdıq. Hələlik birləşmə tam baş tutmasa da, onun detalları açıqlanıb. Birləşmə üsulu ən demokratik şəkildədir - əlli-əlliyə. Artıq tərəflər Niderlandda baş ofisi yerləşəcək yeni şirkətin yaradılması barədə açıqlama da veriblər. Birləşmənin məqsədinin əməliyyat xərclərinin azaldılması və son mənfəətin artırılması olmasına baxmayaraq, iki sənaye nəhənginin bir konqlomeratda birləşməsi heç bir müəssisənin bağlanması ilə müşayət olunmayacaqdır. Avtomobil konqlomeratını 11 nəfərdən ibarət şura idarə edəcəkdir. Üzvlərdən beşi PSA tərəfdən, beşi isə FCA tərəfdən olacaqdır. Yeni şirkətə PSA Group-un indiki başçısı Karlos Tavares rəhbərlik edəcəkdir. FCA alyansının rəhbəri Con Elkann direktorlar şurasının sədri olacaqdır.

Avtosfer.az autograph.az-a istinadən bildirir ki, daxili analitiklərin hesablamalarına görə, birləşmədən alınacaq maksimum iqtisadi effektə dörd il ərzində əldə edilməlidir. Ümumilikdə 2,8 milyard avroya qənaət etməyin mümkün olacağı gözlənilir. 2018-ci ilin məlumatlarına əsaslansaq, yeni konsernin ümumi gəliri 170 milyard, satışları isə ildə 9 milyon avtomobil təşkil etməlidir.

Bundan başqa, avtomobil sənayesində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək olar: çox güman ki, alyansın daxilində platforma və mühərriklərin hərtərəfli aktiv istifadəsinə başlanacaqdır. Günlərin birində Alfa Romeo platformasında inşa edilmiş və Hellcat mühərriki ilə hərəkətə gələn Opel pikapını görsəniz təəccüblənməyin...

ŞƏRH YAZ
Ad
E-mail
Şərh