Avtosfer.az | Reklam
Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb
Gündəm 8 Dekabr 2019 11:45 192 dəfə oxunub
Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb
Onlar böyük bir ağac parçası ilə toqquşublar

Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb. Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə "Rustavi2" teleşirkəti bildirib. Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar: "Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".

Məlumata əsasən, toqquşma nəticəsində gəmi batıb. Gəmidə səkkiz heyət üzvü olub. Onlar hamısı başqa bir balıqçı gəmisi tərəfindən xilas edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh