Hindistanda yanğında azı 43 nəfər ölüb

Gündəm 8 Dekabr 2019 12:45 Oxunub 1074
Hindistanda yanğında azı 43 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Düşüncələrim yaxınlarını itirənlərlədir”

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində baş verən güclü yanğında azı 43 nəfər ölüb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yanğın yerli vaxtla səhər 5:22-də paytaxtın Anac Mandi bölgəsində baş verib. Dərhal hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Xilasedicilər 69 nəfəri xilas edə biliblər. Onlar arasında yaralılar və tüstüdən zəhərlənənlər var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Bir neçə saat ərzində yanğın söndürülüb. İlkin ehtimala əsasən yanğına elektrik xətlərində yaranan qısaqapanma səbəb olub. Fabrikin müxtəlif sexlərində 200-dən çox işçinin gecələdiyi bildirilir. Bu səbəbdən ölü və yaralı sayının çoxalması istisna edilmir. Hazırda axtarış işləri aparılır. Şəxsi “Tvitter” səhifəsində yanğını son dərəcə dəhşətli hadisə kimi qiymətləndirən Hindistanın Baş Naziri Narendra Modi yazıb: “Düşüncələrim yaxınlarını itirənlərlədir. Yaralananların tezliklə sağalmasını arzulayıram”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh