Taksi sürücüsü paytaxta qonaq gələn qadını döyüb qarət etdi – Polis onu axtarır

Gündəm 8 Dekabr 2019 15:15 Oxunub 1030
Taksi sürücüsü paytaxta qonaq gələn qadını döyüb qarət etdi – Polis onu axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadının müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən sürücünün axtarışlarını başlanılıb

Taksi sürücüsü şəhərin mərkəzində sərnişin qadını döyərək qarət edib. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. Məlumata görə, Başqırdıstandan Moskva əyalətinə qonaq gələn qadın, Odinçova rayonundan şəhər mərkəzinə getmək üçün taksiyə əyləşib.

Qadının sözlərinə görə, şəhər mərkəzinə çatanda taksiçi onun başına zərbə endirib. Bundan sonra o, sərnişinin 100 min rublunu (2700 Azn )və mobil telefonunu götürərək qadını avtomobilin salonundan itələyərək yerə ataraq qaçıb.

Qadının müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən sürücünün axtarışlarını başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh