Sərnişin avtobusu TIR-a çırpıldı: 2 ölü, 35 yaralı - FOTO

Qəzalar 8 Dekabr 2019 15:30 Oxunub 1631
Sərnişin avtobusu TIR-a çırpıldı: 2 ölü, 35 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Düzcə vilayətində TIR və sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Anadolu avtomagistralının Gümüşova keçid məntəqəsi istiqamətində qeydə alınıb.

Məlumata görə, dəmir arakəsmələrdə olan boşluqdan İstanbul istiqamətinə dönmək istəyən Ərdal Tanrıverdinin idarə etdiyi 34 JS 1415 qeydiyyat nömrə nişanlı yük daşıyan TIR-a, eyni yolda irəliləyən Kənan Çətinqayanın idarə etdiyi  34 SH 441 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu arxadan çırpılıb. Zərbənin şiddətində avtobusun ön hissəsi TIR-ın yük yerinə girib.

Nəticədə avtobus sürücüsü Kənan Çətinqaya və köməkçisi Əli Atalay hadisə yerində dünyalarını dəyişiblər. 40 sərnişindən 35-i isə Düzcə və Sakaryada yerləşən  xəstəxanalara çatdırılıblar. Yaralıların müalicələri davam etdirilir.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -4

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -5

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -6

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -7

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -8

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -9

Düzce'de otobüs, otoyolda hatalı dönüş yapan TIR’a çarptı: 2 ölü, 35 yaralı -10

ŞƏRH YAZ
Ad

E-mail

Şərh