Qadın sürücü "Toyota"nı park etmək istədi: havadan asılı qaldı - VİDEO

Avtosfer TV 8 Dekabr 2019 18:35 Oxunub 1300
Qadın sürücü "Toyota"nı park etmək istədi: havadan asılı qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Tailandda qadın sürücü avtomobili ilə az qala çoxmərtəbəli avtodayanacağın 3-cü mərtəbəsindən yerə düşəcəkdi. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda “Toyota”nın sürücüsü avtodayanacaqda avtomobilini park etmək istəyir. Ancaq, o, maşını bir neçə dəfə dala-qabağa verib park etmək istəsə də bacarmayıb. Sonda qadın pedalların yerini səhv salaraq “Toyota”nı geriyə hərəkət etdirərək əvvəlcə beton sütuna sürtür və arakəsməyə çırpır. Daha sonra krossoverin iki arxa təkəri avtoparkın 3-cü qatında havada asılı qalır. Hadisəni görən nəzarətçilər dərhal qadının köməyinə qaçaraq onu maşından düşürürlər.

Videoda da göründüyü kimi qəza xəsarətsiz sona çatıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh