Avtobusda görünməmiş mənzərə - FOTO

Maraqlı 8 May 2015 12:54 Oxunub 2034
Avtobusda görünməmiş mənzərə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü oturacağın altını təbii ot örtüyü ilə döşəyib

Bakıda avtobuslardan birində sərnişinlər qəribə hal ilə qarşılaşıblar. Avtosfer.az anspress-ə məlumatına görə, sürücüsü avtobusda özü üçün kiçik bağça yaradıb.

Sürücü oturacağın altını təbii ot örtüyü ilə döşəyib. Kənardan isə qəribə mənzərə alınıb.

Sürücü bunu otun iyindən xoşu gəldiyi üçün etdiyini bildirib. 

“Hər gün səhər avtobusu işə salmamışdan əvvəl həmin ot örtüyünə xüsusi qulluq edirəm. Onları təmizləyirəm. Sulayıram. İndiyə qədər heç bir sürücü bunu fikirləşməyib. Otun iyini çox xoşlayıram. Bu sərnişinlərin də çox xoşuna gəlir”, - deyə sürücü bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh