"Porsche"dən yenilik: dördmühərrikli krossover - FOTO

Avtodünya 9 Dekabr 2019 10:50 Oxunub 1301
"Porsche"dən yenilik:  dördmühərrikli krossover - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proqram təminatını iki qış mövsümü ərzində sınayıb

Porsche şirkəti dartma sisteminin mütərəqqi idarə edilməsinə malik olan krossoveri hazırlamaq niyyətindədir. Hazırda alman şirkətinin mühəndisləri dörd elektrik mühərrikinin sinxron işini təmin edəcək xüsusi proqram təminatının üzərində işləyirlər. Yeni sistem tamçəkişli avtomobillərin mürəkkəb hava şəraitində stabilliyini və təhlükəsizliyini təmin etməlidir.

Yeni elektrik krossoverində hər bir elektromotor bir təkəri hərəkətə gətirəcəkdir. Porsche mütəxəssisləri bu sxemin yeni növ krossoverləri, ən mürəkkəb yol şəraitdə belə, yüksək səviyyədə sabitlik ilə təmin edəcəyinə inanırlar.

"Porsche" şirkətində dördmühərrikli sxemin DYM və differensiallara təchiz edilmiş avtomobillərdəki ənənəvi sxemə görə daha böyük üstünlüyə malik olduğunu hesab edirlər. Elektromotorun fırlanma anı lazım olan təkərə dərhal ötürülə bilər ki, bu da neytral dönmə xüsusiyyətina malik olan nəqliyyat vasitəsini buraxmağa imkan verir.  "Porsche Engineering" bölməsinin mütəxəssisi Ulf Hinze tam ötrümənin yeni arxitekturasını “hər bir təkər üçün ayrıca akselerator pedalı olan” sxem ilə müqayisə edib.

"Porsche", dörd elektrik mühərrikini sinxronlaşdırmaq üçün hazırladığı proqram təminatını iki qış mövsümü ərzində sınayıb. Vəziyyəti çətinləşdirmək üçün mühəndislərə təkərlərə əlavə sensorlar quraşdırmaq qadağan edilib. Nəticədə, alman şirkəti sürətlənmə dərəcəsini, sükan çarxının dönmə bucağını, sürüşmənin meydana gəlmə ehtimalını hesaba alan və fərdi təkərlərə ötürülən dartma qüvvəsini artırmaq və ya azaltmaqla mükəmməl şəkildə avtomobilin idarəetməsinə müdaxilə edə bilən ağıllı tam ötürmə sistemini yaradıb.

"Porsche" şirkəti tezliklə mütərəqqi sxemin seriya avtomobilində tətbiqini tapacağını bildirib. Dördmühərrikli arxitekturanın tətbiq ediləcəyi ilk modeli adı çəkilməsə də, bu avtomobilin Macan modelinin növbəti nəsli olacağı da ehtimallar arasındadır. İstənilən halda, alman şirkətinin mühəndisləri test nəticələrindən razıdırlar və "dördmühərrikli elektromobillərin tezliklə adi hala çevriləcəyindən" əmindilər.

Dartma vektoruna nəzarət sisteminin dördmühərrikli sxemini Xorvatiyanın Rimac şirkəti istifadə edir. Elektronika  fırlanma anının təkərlər arasında saniyədə 100 dəfə dəyişməsinə şərait yaradaraq, ESP, TCS və ABS sistemlərinin funksiyalarını yerinə yetirir. Xatırladaq ki, "Porsche" hazırda Rimac şirkətinin 15,5 faizlik hissəsinə sahibdir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh