Gecə sürücülərə yol göstərən yol - VİDEO

Avtosfer TV 9 Dekabr 2019 11:25 Oxunub 2283
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşıqlar yanıb-sönərək sürücünün yolu rahat görməsinə şərait yaradır

Xarici ölkələrdə yol nəqliyyat  hadisələrinin qarşısını almaq üçün yolları sensorlu işıqlarla təmin edirlər. Həmin ölkələrin birində çəkilmiş video sosial şəbəkədə izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, yol boyu çəkilmiş nişanlanma xətlərinin üzərinə yanıb-sönən xırda işıqlar quraşdırılıb. Günün qaranlıq saatlarında sürücülər yolda hərəkət edərkən həmin işıqlar yanıb-sönərək sürücünün yolu rahat görməsinə şərait yaradır. Bu işıqlar həm qaranlıqda, həm də məhdud görünmə şəraitində sürücülərə əvəzsiz köməklik göstərir.

Bizim ölkədə yolların yenidən qurulmasına milyonlarla vəsait ayrılır, lakin bir müddətdən sonra asfalt örtüyü yarasız hala düşür. Görünür ki, yollarımız lazımi keyfiyyətdə çəkilmir və təhlükəsizlik qaydalarına əməl edilmir. Hərəkətin təşkili ilə məşğul olan qurumlar dünya təcrübəsindən istifadə edərək bu cür yenilikləri bizim ölkə yollarında tətbiq etsələr sürücülərin təhlükəsiz hərəkətini təmin etmiş olarlar.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh