Aeroport yolunda zəncirvari qəza: Tıxac yarandı

Qəzalar 9 Dekabr 2019 11:40 Oxunub 744
Aeroport yolunda zəncirvari qəza:  Tıxac yarandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib

Paytaxtın Suraxanı rayonunda baş verən zəncirvari qəza tıxaca səbəb olub.

Hadisə səhər saatlarında Aeroport yolu istiqamətində qeydə alınıb. 

İlkin məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Mərdəkan istiqamətində hərəkət edən avtomobillərdən üçü toqquşub. 

Zəncirvari qəza “Jeep”, “Opel” və “Saipa” markalı minik maşınlarına ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib.

Qəza nəticəsində Aeroport yolunda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh